Ukrayna Təhlükəsizlik Xidməti tanınmış rusiyalı jurnalist Marqarita Simonyana qarşı cinayət işinin başlandığını açıqlayıb.
Qeyd olunub ki, M.Simonyana qarşı ukraynalıların qətli ilə bağlı ictimai çağırışlar etmək, mülki infrastruktura raket və bomba hücumlarının davam etdirilməsi üçün təşviqat aparmaq üzrə ittihamlar irəli sürülüb.
Ümumilikdə M.Simonyana qarşı Ukrayna Cinayət Məcəlləsinin dörd maddəsi ilə cinayət işi açılıb.
Mənbə: Mk.ru
Rəylər