Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ukrayna nizamlanması üzrə sazişə təklif: Zelenskinin istefası tələb ediləcək?
ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri Ukrayna nizamlanması üzrə gələcək sazişə Volodimir Zelenskinin prezident postundan istefası ilə bağlı bəndin daxil olunmasını təklif edirlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri Avropa rəsmisinə istinadən məlumat verib.
Martın 2-də ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bəyan edib ki, Zelenski "ağlını başına yığıb" sülh danışıqlarına başlamasa, Ukraynaya başqa siyasətçi rəhbərlik etməlidir.
Xatırladaq ki, fevralın 28-də Volodimir Zelenski Donald Trampla görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı onların arasında qalmaqallı mübahisə yaranıb və Tramp Zelenskinin ABŞ-yə qarşı hörmətsiz münasibət göstərdiyini deyib, vitse-prezident Cey Di Vens isə Kiyevə verilən dəstəyə görə onun Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib.
"Tramp-Zelenski görüşü" teqi üzrə xəbərlər
- Ukraynada ABŞ hava hücumundan müdafiə sistemlərinin əvəz edilməsi prosesi başladı
- Zelenski Trampla təkrar görüşün şərtlərini açıqladı
- "The Washington Post": "Tramp və Zelenski arasında mübahisə kollektiv Qərbin birliyinə son qoydu"
- ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? - Nazirdən AÇIQLAMA
- ABŞ-nin milli kəşfiyyat direktoru Zelenskidən şikayət etdi