Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
Ukrayna-Polşa sərhədində 1300-dən çox yük maşınından ibarət tıxac
Ukrayna və Polşa sərhədindəki keçid məntəqələrində etirazlar səbəbindən təxminən 1300-dən çox yük maşını növbədə dayanıb.
Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.
Onun sözlərinə görə, “Rava-Russkaya-Xrebnoye” və “Dorohusk-Yaqodin” keçid məntəqələri bağlanıb.
Demçenko aydınlaşdırıb ki, fevralın 11-də Polşa ərazisində Yaqodinin qarşısında 700, Rava-Russkayada 400 yük maşınından ibarət növbə yaranıb. Açılan “Medika-Şeqini” məntəqəsində isə 240 yük maşını dayanıb.
Demçenko qeyd edib ki, sərhəddə nəqliyyatın intensivliyi kifayət qədər aşağıdır.
Mənbə: gazeta.ru
"Polşa" teqi üzrə xəbərlər
- Rusiyanın Ukraynaya hücumu: Polşa qırıcıları havaya qaldırıldı
- Polşada nadir qara canavarlar görüntüləndi
- Polşanın baş naziri dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinir
- Polşa mədənində 850 metr dərinlikdə partlayış: Xəsarət alanlar var
- Moravetskinin Trampın andiçmə mərasimində iştirak etmək cəhdi uğursuz oldu
Ən çox oxunanlar