Ukraynanın Lvov şəhərində ötən gün Ali Radaya keçirilmiş növbədənkənar seçkilərdə yaşlı qadın seçki məntəqəsində bülletenini yeməyə cəhd edib.
“Life.ru” xəbər verir ki, 94 yaşlı pensiyaçı adı fiziki məhdudiyyətli vətəndaşların siyahısında olduğuna görə evdən səs verməli idi. Lakin seçki məntəqəsinə gələrək qalmaqal yaradıb.
Belə ki, qadın bülleteni doldurduqdan sonra onu seçki qutusuna atmaq istəyib. Amma qəflətən bülleteni cıraraq yeməyə cəhd edib. Bu səbəbdən yaranan qalmaqal dörd saat davam edib.