Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukrayna üçün raket istehsal edən şirkət rüşvətxorluqda günahlandırılır
Britaniya və Fransa hüquq-mühafizə orqanları Ukraynaya hərbi məhsullar tədarük edən müdafiə şirkəti "Thales"ə qarşı birgə antikorrupsiya araşdırmasına başlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın ciddi maliyyə pozuntuları ilə mübarizə xidmətinin (Serious Fraud Office, SFO) məlumatında deyilir.
Baş ofisi Parisdə olan şirkət korrupsiya, o cümlədən rüşvətxorluqda şübhəli bilinir.
"Thales UK" törəmə şirkətinin Böyük Britaniyada 7 mindən çox işçisi olan 16 zavodu var. Bu şirkət, Şimali İrlandiyanın Belfast şəhərindəki zavodda Böyük Britaniya hökumətinin Ukraynaya tədarük etdiyi çoxməqsədli "Martlet" raketləri və "Starstreak" daşına bilən zenit-raket komplekslərini istehsal edir.
"Ukraynaya silah yardımı" teqi üzrə xəbərlər
- Kanada Rusiyanın aktivləri hesabına Ukraynaya milyardlarla dollar verəcək
- "Qərbin və Ukraynanın silah ehtiyatları tükənib" - Müdafiə konserninin rəhbəri
- Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır
- Ukrayna ABŞ silahlarını Meksika narkokartellərinə satır - ŞOK İDDİA
- Blinkendən Ukrayna ilə bağlı ETİRAF