Ukrayna XİN rəhbəri Dmitri Kuleba ölkəsinin Avropada təhlükəsizlik üçün tam məsuliyyət daşımağa hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqı və NATO-da üzvlük məsələsi sadəcə zaman məsələsidir. Dövlət bunun üçün lazımı siyasət istiqamətini götürüb.
“Son 30 il Ukrayna tarixində böyük uğurlar dövrüdür. Bizim həlli tələb olunan bəzi problemlərimiz var”, - deyə o bildirib.