Dnepropetrovskda baş verən yol qəzası nəticəsində Radikal Partiyasının deputatı Sergey Lyaşşenko ölüb.
Oxu.Az “112 Ukraina”ya istinadən xəbər verir ki, idarəetməni itirən “Mazda “markalı avtomobil hasara çırpılıb. Sərnişin hadisə yerində ölüb, ağır yaralanan sürücü xəstəxanaya çatdırılıb.
Qəza ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
N.О.
www.oxu.az