Ukrayna DİN-in təxminən 17 min milis əməkdaşı bu səbəbdən işdən azad edilib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə göstəriciləri nazir müavini Sergey Çebotar bildirsə də, işdən azad edilmənin konkret hansı dövr ərzində həyata keçirildiyini dəqiqləşdirməyib, UNİAN bildirir.
“Biz qanunu pozan şəxslərin DİŞ (Daxili İşlər Şöbəsində) işləməməsi üçün hər şey edirik. Burada heç bir kompromisdən söz gedə bilməz”, - Çebotar bəyan edib.
Nazir müavini Xmeniski, Xerson, Çerniqov, Xarkov və Ternoploski vilayətlərində əməkdaşların rüşvətxor sxemlərə və narkotik ticarəti ilə əlaqəsi olmaları barədə göstəriciləri misal gətirib.
Belə qərarları Çebotar milisdə aparılan islahatlarla izah edib. O, DİN-in yeni rəhbərliyin qoyduğu məsələlərin orqanlar tərəfindən yerinə yetirilməsinə imkan yaradan kadrların yoxlanılması sisteminin hazırlandığını xatırladıb.