Ukrayna xalq deputatları Ali Radaya ABŞ Prezidenti Donald Trampın Sülh mükafatına namizədliyinin irəli sürülməsi ilə bağlı Nobel Komitəsinə müraciət edilməsini təklif edirlər.
Oxu.Az bu barədə "İnterfaks-Ukrayna" agentliyinə istinadən xəbər verir.
Ali Radanın saytında yer alan məlumata görə, müvafiq qərar layihəsi bazar ertəsi günü parlamentdə qeydə alınıb.
Qərar layihəsinin mətni hələlik dərc edilməyib.