2050-ci ilə qədər Avropa regionu ölkələrində yeni onkoloji xəstəlik hallarının sayının 2024-cü illə müqayisədə təxminən 27% artacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyindən məlumat verilib.
Qurumun məlumatına görə, təqdim edilən proqnoz Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin dəyərləndirmələrinə əsaslanır.
ÜST-dən bildirilib ki, gözlənilən artımın əsas səbəbi demoqrafik dəyişikliklərdir.
İlk növbədə, onkoloji xəstəliklərin çoxalmasına əhəmiyyətli dərəcədə təsir göstərən amil kimi əhalinin qocalması prosesi qeyd edilir.