Mövcud test sistemləri insan orqanizmində koronavirusun yeni mutasiyasını aşkar edə bilir.
“Komsomolskaya Pravda”nın məlumatına görə, bu barədə ÜST-ün baş laborator eksperti Frank Koninqs britaniyalı ekspertlərlə onlayn sessiya zamanı bəyan edib.
“Prinsipcə, hələ də molekulyar testlərlə virusun özünü aşkar edə bilərik, son xəbərlərə görə, hətta anticismlərə qarşı testlər, həmçinin, ekspress testlər bu yeni variantlara qarşı işləyir”, - deyə Koninqs izah edib.
Tədbir “Twitter” hesabında canlı yayımlanıb.
Live Q&A on the new #COVID19 virus variant with WHO, @CovidGenomicUK & @sangerinstitute experts https://t.co/QoRQcmjCfj
— World Health Organization (WHO) (@WHO) December 23, 2020