Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib](https://images.oxu.az/2025/02/14/Vgjl2bGuCP65c7e90uUOqXY5x2lguOViF5BW3rxt:1200.jpg)
ÜST spirtli içkilərin üzərində xərçəng riski barədə xəbərdarlıq yerləşdirməyi təklif edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) spirtli içkilərin qablaşdırma zamanı xərçəngin inkişafına səbəb ola biləcəyinə dair xəbərdarlıq əlavə etməklə məcburi standartlaşdırılmış etiketlənməsinə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
"Alkoqollu içkilərin xərçəngə səbəb ola biləcəyi barədə məlumatlılığı artırmaq üçün spirtli içkilərin üzərində diqqəti çəkən xəbərdarlıq etiketlərinə ehtiyac var. Bu sadə addım istehlakçılara alkoqolun zərərini azaltmağa kömək edəcək qərar qəbul etməyə imkan verə bilər", - məlumatda bildirilir.
Təşkilat qeyd edib ki, bir çox ölkələr hələ də spirtli içkilərdən sui-istifadənin zərərinin azaldılmasında əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Xüsusilə, Avropa regionunda hər il təxminən 800 min insan alkoqolun vurduğu zərədən ölür. ÜST-nin məlumatına görə, AvropadA alkoqolla bağlı ölümlərin əsas səbəbi xərçəngdir.
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)" teqi üzrə xəbərlər
- Yaxın gələcəkdə Azərbaycanda HPV peyvəndi pulsuz olacaq
- Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI
- ABŞ-dən sonra Argentina da ÜST-dən çıxır
- Dünyanın alkoqol düşkünü olan bölgəsi açıqlandı
- Adi duzun alternativini qəbul etmək milyonlarla insanın ömrünü uzada bilər
Rəylər