Özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş müxalifət lideri Xuan Quaido de-yure dövlət başçısı Nikolas Maduronu amnistiya ilə təmin edəcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Quaido hazırda parlamentdə ölkədə demokratiyanın bərpasına vasitəçilik edəcək məmurların və hərbçilərin amnistiyası ilə bağlı təşəbbüsə baxıldığını diqqətə çatdırıb.
“Keçid dövründə belə şeylər olur. Hazırda amnistiya haqqında qanun layihəsinə baxılır”, - deyə “Univision” telekanalına verdiyi müsahibədə bildirib.
Venesuela parlamentinin müxalifətdən olan spikeri Xuan Quaido çərşənbə günü özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ, Kanada, Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Gürcüstan artıq Quaidonun statusunu tanıyıb.
Maduro isə özünü konstitusiya əsasında seçilmiş legitim prezident olduğunu bildirib və Quaidonu ABŞ-ın “marioneti” adlandırıb.
Rəylər