Macarıstanın Baş naziri Viktor Orban onun Rusiya Prezidenti Vladimir Putinin "Troya atı" rolunda çıxış etməsi iddiasını sadəlövh və primitiv fikir adlandırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o bunu "Axel Springer" media qrupunun baş direktoru Matias Döpfnerin proqramında bəyan edib.
"Bilirsiniz, "Troya atı" barədə iddia çox sadəlövh və primitivdir. Yəni belə çıxır ki, əgər müharibəni müzakirə etmək üçün tutarlı arqumentləriniz yoxdursa, məsələn, deyək ki, bu adam məndən fərqli şəkildə düşünür, deməli, o, Putinin "Troya atıdır". Bu, çox primitivdir", - deyə Orban vurğulayıb.
Macarıstan baş nazirinin fikrincə, Ukraynada silahlı münaqişə yaxın gələcəkdə başa çatacaq, çünki Putin sülhün bərqərar olmasında maraqlıdır. Orbanın fikrincə, NATO ölkələri Rusiyanın hücumundan qorxmamalıdırlar.