Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Villasında bahalı saat kolleksiyası aşkarlanan Peru prezidenti istefaya göndərilə bilər
Peru Baş Prokurorluğu ölkə Prezidenti Dina Boluarteyə qarşı açılmış "Rolex işi" ilə bağlı konstitusiya şikayətini parlamentə göndərib.
Şikayətdə D.Boluarte rüşvət almaqda ittiham olunur.
Qeyd olunur ki, parlament şikayəti qəbul edərsə, hadisə prezidentin istefası ilə nəticələnə bilər.
Məlumat üçün əlavə edək ki, Peru Baş Prokurorluğu dövlət başçısını qanunsuz varlanmada şübhəli bilir. Onun iqamətgahında aparılan axtarış nəticəsində dəyəri təxminən 13 min dollar dəyərində "Rolex" saatı və digər bahalı saat kolleksiyaları aşkar edilib.
Mənbə: Reuters
"Peru" teqi üzrə xəbərlər
Ən çox oxunanlar