Rusiyada xanım sürücüyə dərs keçmək istəyən sürücü özü gülməli vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, Yekaterinburqda xanım sürücü avtomagistralda sol zolaqla “Toyota Avensis” markalı avtomobili aşağı sürətlə idarə etdiyi üçün digər sürücülərin qəzəbinə səbəb olub.
Avtomagistralda bunu görən “Ssangyong” markalı avtomobilin sürücüsü xanımı cəzalandırmaq istəyib. O düşünüb ki, nəqliyyat vasitəsini avtomagistralda sol zolaqla bu cür idarə etməzlər. “Ssangyong” markalı avtomobil xanımın idarə etdiyi “Toyota Avensis” markalı avtomobili sağdan ötüb qarşısında qəflətən əyləci sıxdığı zaman onun avtomobili sürüşüb.
Nəticədə avtomobil 180 dərəcə istiqamətini dəyişib və bu zaman onları ötmək istəyən “BMW X5” markalı avtomobilə çırpılıb. Bunu görən xanım sürücü isə heç nə olmamış kimi öz hərəkətinə davam edib.
Elvin Əhmədov