Yaponiyanın şimal-şərqində 6.5 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az Yaponiya Milli Meteorologiya İdarəsinə istinadən xəbər verir ki, zəlzələnin episentri İvate prefekturasının şərqində qeydə alınıb və yerin 10 kilometr dərinliyində yerləşib.
Yaponiyanın şimal-şərq sahilləri üçün müvəqqəti sunami xəbərdarlığı verilsə də, zəlzələdən bir neçə dəqiqə sonra ləğv edilib.
Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb.