Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yaş dəri ildırım vurmasından qoruyurmuş - Tədqiqat
Yaş dəri ildırım vurması nəticəsində orqanizmə ciddi ziyanın dəyməsi riskini azaldır.
Bu barədə Almaniyanın İlmenau Texniki Universitetinin alimləri tərəfindən aparılan araşdırmada deyilir.
Onlar insan başının 3D modellərindən istifadə edərək ildırım vurmasını simulyasiya ediblər. Örtüyü dəriyə bənzətmək üçün onu üç qat hazırlayıblar.
Tədqiqatçılar nəm əlavə etdikdə, manekenin üzərində daha az zədə əlamətləri olub. Alimlər belə qənaətə gəliblər ki, nəm dəri qoruyucu təbəqə rolunu oynayır. O, elektrik yükünün bədənə güclü zərər verməsinin qarşısını alır.
Yeni məqalənin müəllifləri bu mexanizmin vəhşi təbiətdə işləməsini də təklif ediblər. Belə ki, yağış zamanı dərisi çox islanan heyvanların ildırım vurmasından ölmə ehtimalı azdır.
Mənbə: The Guardian
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada narkotik böhranı: Qeyri-qanuni maddələrə qarşı siyasət nəzarətdən çıxıb
- Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi
- Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür