Yəmənin paytaxtı Səna şəhərinin Təhrir meydanında kütlə qarşısında edam aktı həyata keçirilib.
Oxu.Az-ın Ölkə.Az-a istinadən verdiyi xəbərə görə, 5 yaşlı qız uşağını zorlayan şəxsi qaldırıcı krandan asıblar.
Yəməndə 22 yaşlı Hüseyin Əl-Saki 5 yaşlı qızı zorlayıb öldürmək cinayətindən edama məhkum edilib. Hüseyinin edamı Sənanın ən izdihamlı yeri sayılan Təhrir meydanında baş tutub.
İ.F.