Apple korporasiyası Kaliforniyada Kupertino şəhərində yerləşən qərargahında növbəti yeniliklərini təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, artıq “Apple” markası bu gün keçirdiyi tədbirdə yeni iPhone modelini göstərib.
iPhone SE (Special Edition) adlanan model 31 martda satışa çıxarılacaq.
Qurğu yeni A9 və M9 prosessorları, 4 düymlük ekranla eləcə də Siri səs köməkçisi ilə təchiz olunub. iPhone SE-nin ekran böyüklüyü “iPhone 4”lə eyni ölçüdədir.
E.Ə.
www.oxu.az