Yeni Zelandiya polisi 32 yaşlı kişini həbs edib. Kişinin içərisində səkkizayaqlı (ahtapot) olan, qızıl yumurta formasındakı 18 karatlıq "Faberje" ("Faberge") medalyonunu udduğu iddia edilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri yazıb.
Məlumata görə, "Faberge James Bond Octopussy" kulonunun dəyəri təxminən 20 000 dollardır. "Partridge Jewellers" mağazasının satıcısı hadisə yerinə gələn polisə verdiyi ifadədə kişinin kulonu götürdüyünü və onu udduğunu iddia edib.
Oğru olduğu iddia edilən şəxs həbs edilib, lakin polis zərgərlik məmulatının necə göründüyünü təsvir edə bilmir, çünki kulon hələlik tapılmayıb.
Qeyd edilir ki, bu, saxlanılan kişinin ilk cinayəti deyil - noyabrın əvvəlində o, elə bu mağazadan "iPad" oğurlayıb, bir gün sonra isə şəxsi evdən 100 dollar dəyərində pişik qumu və birəyə qarşı vəsaitlər çıxarıb.