Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEO
Ötən həftə Yerevanda Moskvanın 872 illiyinə həsr edilmiş tədbir keçirilib.
“Sputnik Armeniya” agentliyinin məlumatına əsasən, əsas tədbir Ermənistan paytaxtının Şimal prospektində baş tutub.
Bu, həqiqətən də, əsas tədbir olsa da, önəmli məsələlər kadr arxasında qalıb.
Bazar günü Yerevanın Şimal prospektində məşhur DJ-lərin və uşaq-gənclər kollektivlərinin iştirakı ilə konsert keçirilib. Nəfəsli alətlər orkestrinin çıxışları olub, rus və erməni milli geyimlərinin, məşhur rəssamların əsərlərinin sərgisi keçirilib. Bu, Yerevanda Moskvanın 872 illiyinə həsr edilmiş tədbirin göstərilən üzüdür.
Eyni gündə Yerevanda lentə alınan videoda isə başqa mənzərə üzə çıxır. Çox güman ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu kadrları görməyib.
Ehtimal edilir ki, səfir Nikol Paşinyanın "Məlumatlandırılmış vətəndaşlar ittifaqı"na maliyyə ayırdığını bilmir. Bu ittifaqın lideri Daniel İoannisyan Rusiya Prezidenti Vladimir Putini həbsə atacağı ilə hədələyib.

"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda yüksəkvəzifəli şəxsin ərinin qazdoldurma məntəqəsində atışma olub
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi