Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda daha bir gəlin itkin düşdü
Lənkəranda 30 yaşlı gəlin itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, Lənkəranın Talışlı kənd sakini Əliyev Adil Mürşüd oğlu hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.
O bildirib ki, bir evdə yaşadığı gəlini 1989-cu il təvəllüdlü Əliyeva Sevinc Ağalar qızı məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər