Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda bu yaxınlarda baş verən hadisələrə aidiyyəti ola biləcək silahların yerləşdiyi mənzili aşkar edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə MTX yaydığı məlumatda deyilir.
“Silahların alınması və saxlanması faktı üzrə aparılan cinayət işi çərçivəsində istintaq tədbirləri, o cümlədən axtarış həyata keçirilib. Yerevan sakininin mənzilində çox sayda silah aşkar edilib”, - - məlumatda qeyd edilir.
“Əsasən, 6 minə yaxın güllə, 15 qumbara, partlayıcı maddə trotil, kasul-detonatorlar, işarə raketləri, daraqları olan avtomatlar, tank əleyhinə qumbaraatan, radioəlaqə vasitələri, minaaxtaranlar müsadirə edilib və ekspertizaya göndərilib”, - MTX qeyd edilib.
İki nəfər saxlanılıb, prosessual və operativ əməliyyatların məlumatlarına görə, bu silahlar iyulun 17-də Yerevanda post-patrul xidmətini zəbt edərək iyulun 31-dək əlində saxlayan silahlı qrupun fəaliyyətinə aidiyyəti ola bilər.
“İlkin istintaq zamanı bununla yanaşı, digər versiyalar da yoxlanılır”, - MTX-də bildirilib.