Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri, azərbaycanəsilli Timur Tkaçenkonu (Məmmədov) vəzifəsindən azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının müvafiq fərmanında qeyd olunub.
"Timur Firudinoviç Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi vəzifəsindən azad edilsin", - deyə fərmanda bildirilir.
Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko 2024-cü il dekabrın 31-dən etibarən Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edirdi.
Qaynar xətt:
(055) 224 12 12