Moskva Kiyevdən "1000-ə 1000" formulu üzrə mübadilə üçün əsirlərin qarşılıqlı siyahısını alıb.
Oxu.Az xəbər verir ki, bunu TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, sözügedən mübadiləyə dair razılaşma Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən İstanbul şəhərində aparılmış danışıqlar zamanı əldə olunub.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə "1000-ə 1000" formatında əsir mübadiləsinə hazırlıqla bağlı görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "Telegram" kanalında yazıb.
Zelenski vurğulayıb ki, əsirlərin "1000-dən 1000-ə qədər" formuluna əsasən azad edilməsinə dair razılaşma mayın 16-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının, demək olar ki, yeganə real nəticəsidir.