Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Kiyevin Rusiyanın neft emalı zavodlarına hücumlarını qismən səngidəyəcəyinə söz verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə D.Tramp "Presidents Cup" qolf turniri zamanı "Fox News" telekanalının müxbirinə müsahibəsində bildirib.
"Mən Zelenski ilə danışdım. Dedim ki, neft emalı zavodları ilə bağlı yavaşlamaq lazımdır. O, dedi ki, ola bilsin, elə belə də edəcəyik", - deyə ABŞ lideri qeyd edib.
Donald Tramp həmçinin vəd edib ki, onun administrasiyası bu vəziyyəti yoluna qoyacaq.