"Aprelin 23-də Londonda Böyük Britaniya, Fransa, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların yeni raundu keçiriləcək".
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb.
Ukrayna prezidenti Böyük Britaniyanın Baş naziri Kir Starmerlə söhbətin yekunları üzrə bildirib:
"Biz qeyd-şərtsiz atəşkəsə nail olmaq və bundan sonra həqiqi və davamlı sülhün bərqərar olmasını təmin etmək üçün maksimum konstruktiv şəkildə irəliləməyə hazırıq. Qeyd-şərtsiz atəşkəs sülhə doğru ilk addım olmalıdır".
Xatırladaq ki, aprelin 17-də Parisdə ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna nümayəndələri arasında danışıqların birinci raundu keçirilib.