Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazirliklərin avtomobilləri satışa çıxarıldı - QİYMƏTLƏR
Nazirlik və Komitələrə məxsus avtomobil parkının azaldılması prosesi davam edir.
Oxu.Az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus KAMAZ-55111 markalı avtomobillərin qiyməti 3 min 150 manatdan başlayır.
Hərraca Energetika Nazirliyinə məxsus, 2007-ci il buraxılışlı “Ford Focus” avtomobili də çıxarılıb. Maşının start qiyməti 6 min manatdan başlayır. 2002-ci il buraxılışlı “Hyundai” markalı avtomobil isə 5 min manata təklif edilir. VAZ-21 markalı avtomobillərin start qiyməti isə 2 min manata qoyulub.
Qeyd edək ki, hərraclar 6 və 13 noyabr tarixlərində keçiriləcək və sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunur. Hərracın keçirilməsinə ən azı üç bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN);
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd;
10 faiz məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir.