10 
Dek
2018
15:45
16
114
2315
Virtual karabakh

Azərbaycanlılar Gürcüstana qoyulan investisiyaya görə üçüncüdür

10 Dek, 2018
15:45
2315

Azərbaycanlılar Gürcüstana qoyulan investisiyaya görə üçüncüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan vətəndaşlarının Türkiyəyə sərmayə yatırımları artır.

Oxu.Az xəbər verir ki, bir il əvvəllə müqayisədə, bu il Gürcüstandakı Azərbaycan sərmayəsinin məbləği yarıbayarı azalıb. 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstan iqtisadiyyatına 169,8 mln. ABŞ dolları məbləğində investisiya yatırıb, bu isə illik müqayisədə 53,5% azdır. 

Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına görə, qonşu ölkə iqtisadiyyatına  Azərbaycanın qoyduğu investisiyaların məbləği 2018-ci ilin birinci rübündə 56,2 mln. dollar, ikinci rübündə 80,5 mln. dollar, III rübündə isə 33,1 mln. dollar olub. 

Üçüncü rübdə Gürcüstana yatırılmış birbaşa xarici investisiyalarda Azərbaycanın payı 10,3% olmaqla, ilk üçlükdə qərarlaşıb. Gürcüstana 139,8 mln. dollar investisiya qoyan Niderland birinci, 38,8 mln. dollar sərmayə ilə Cənubi Koreya ikinci yeri tutur. 

Xarici sərmayələrin ən çox yatırıldığı sahələr istehsal, nəqliyyat və rabitə, energetika, daşınmaz əmlak, mehmanxana və restoran sektorudur. 

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri