Vergilər Nazirliyi “Azərkosmos”la xüsusi müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, vergilər nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, artıq nəzarət kosmosdan həyata keçirilir.
“Artıq nəzarət o qədər ciddiləşib ki, yolları bağlamaqla, qazdığı yerə daş tökməklə gizlətmək mümkün deyil. Çünki həmin yerdə aparılan qazma işlərinin dərinliyini biz kosmosdan görürük”.
S.Ələkbərov bildirib ki, “Azərkosmos”dan alınan məlumatlar hesabına karxanaların fəaliyyəti ilə bağlı məlumat əldə edilir:
“Biz o kadrlara baxırıq və hesablamalarımızı aparırıq. Normal fəaliyyət göstərib vergisini ödəyən heç bir sahibkarın vəziyyəti pisləşməyəcək”.
Nazir müavini: Daş karxanalarına kosmosdan nəzarət edilir - VİDEO