Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan cümə axşamı verdiyi açıqlamada ölkəsinin Azərbaycana alüminium folqa ixrac etdiyini bildirib.

Jurnalistlərə müsahibəsində Papoyan tədarük edilən məhsulun həcmi barədə məlumat verməyərək, sadəcə olaraq alüminium folqanın ixrac edildiyini təsdiqləyib.
Gələcəkdə Ermənistanın Azərbaycana digər növ malların da ixracını planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala isə nazir qısaca "baxarıq" deyə cavab verib.