Azərbaycanda vergi ombudsmanı institutu yaradılacaq. Bu, sahibkarların şikayətlərinə operativ baxılması, onlara hüquqi yardımın göstərilməsi baxımından əhəmiyyətlidir.
Oxu.Az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarovun sözlərinə görə, vergi ombudsmanının fəaliyyətə başlaması vergi ödəyicilərinin ədalətli şikayətlərinin araşdırılmasına və vergi sisteminin inkişafına təkan verəcək.
Nazir 2018-ci ildə vergi yoxlamalarının kəskin azaldığı vurğulayıb.
“Hər min aktiv fəaliyyət göstərən vergi ödəyicisindən cəmi dördündə səyyar yoxlama aparılıb, bu isə 0,4 faiz deməkdir. Kiçik sahibkarlıq subyektlərində isə yoxlamalar dayandırılıb. Vergi potensialının daha dəqiq qiymətləndirilməsinin həyata keçirilməsinə başlanıb”, - nazir qeyd edib.
İlhamə Abdullayeva