Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əlillik yeni meyarlarla təyin olunacaq - Qanun hazırlanır
Əlilliyin təyin olunması ilə bağlı Azərbaycan üzrə yeni meyarlar hazırlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev açıqlama verib.
Onun sözlərinə görə, bu meyarlar əsasında qanun layihəsi tərtib olunub:
“Yaxın vaxtlarda bu qanun layihəsi Milli Məclisə təqdim ediləcək. Bunun üçün bizə yeni donorlar lazımdır. Çünki Azərbaycanda heç bir həkim əlilliyin beynəlxalq sahədəki meyarlarla təsnifatlaşdırılmasını bilmir”.
Nazir qeyd edib ki, hazırda əlillik elə bir mexanizm ilə müəyyən edilir ki, heç onu Əmək və Əhalinin Sosial Nazirliyi görmür:
“Həkimlərin müayinəsi əsasında elektron məlumat nazirliyə daxil olur. Biz bu məlumata əsasən əliliyi ya təsdiq edir, ya da etmirik”.
“Əlilliklə bağlı yeni meyarların 2020-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minməsinə gözləyirik. Növbəti qarşımızda duran dövr ərzində, yəni 2019-cu ilin ikinci yarısında artıq qanun qəbul edildikdən sonra ciddi bir təlim proqramı vasitəsilə bütün aidiyyəti həkimlərimizə təlim və treninqlər keçəcəyik”, - deyə nazir qeyd edib.
İlhamə Əbülfət
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"