18 
Apr
2019
12:20
16
107
10522
Virtual karabakh

Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir? - AÇIQLAMA

18 Apr, 2019
12:20
10522

Problemli kreditlər siyahısında adı çıxmayanlar nə etməlidir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Problemli kreditlərin həlli ilə bağlı imzalanmış sərəncamdan sonra martın 28-də müvafiq siyahı açıqlanıb. Tam siyahı isə aprelin 15-dən açıqlanıb. Bundan sonra bəzi vətəndaşlardan adlarının siyahıda olmaması ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Bunlar, əsasən, bağlanmış banklarda kreditləri olan vətəndaşlardır. 

Bəs həmin vətəndaşlar nə etməlidir?

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib. 

Onun sözlərinə görə, həmin vətəndaşlar üçün palatanın rəsmi saytında bölüm yaradılıb:

“Adları siyahıda tapılmayan, ancaq onlara kompensasiya və ya restrukturizasiya şamil edilməsindən əmin olan vətəndaşlar üçün elektron portalda “Apellyasiya komissiyasına müraciət” bölümü yaratmışıq.

Həmin bölümdə müvafiq xanaları dolduraraq, şikayət edə bilərlər. Apellyasiya komitəsi ona baxır və 15 iş günü müddətində vətəndaşa cavab verilir. Həqiqətən, ola bilər ki, hansısa texniki məsələ ilə bağlı həmin şəxsin adı siyahıda çıxmayıb”.

Samir İsayev 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri