Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır - VİDEO
“Azərbaycan Dəmir Yolları” QSC-də dəmir yolları sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Oxu.Az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolu nəqliyyatı sahəsində həyata keçirilən və perspektiv layihələr barədə məlumat verib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun inkişafına xüsusi önəm verdiyini vurğulayıb, dəmir yolu nəqliyyatı sahəsində sistemli tədbirlərin davam etdirildiyini, dayanıqlı və rentabelli fəaliyyətin, mütərəqqi idarəetmə prinsiplərinin tətbiqinin əhəmiyyətini, birgə iş çərçivəsində bu sahənin sürətli inkişafına nail olunacağını qeyd edib.
Sonra “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinləri Vüsal Aslanov və Hicran Valehov təqdimatla çıxış ediblər.
Tədbirdə İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşlarından ibarət birgə İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrup dəmir yolu infrastrukturuna kapital qoyuluşlarının səmərəliliyinin artırılması, əməliyyat xərclərinin optimallaşdırılması, korporativ idarəetmə standartlarının tətbiqi və s. ilə bağlı təkliflər hazırlayacaq.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
- Bu xəbərləri qaçırmayın: 23.11.2024-ün ən mühüm hadisələri
- Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
- İlham Əliyev bir qrup sumqayıtlını təltif etdi - SƏRƏNCAM