Bakıda ağaclar yeni çəkilən yolun tən ortasında saxlanılıb.
Bu yol paytaxtın Nizami rayonunda, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində çəkilib.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil.
Sakinlər ağacların saxlanılmasından narazı olmadıqlarını bildiriblər.
MTK nümayəndəsi Elşad Fətullayev isə qeyd edib ki, sözügedən yol piyadalar üçündür, maşınların keçidi üçün nəzərdə tutulmayıb.
Bakıda tən ortasında ağaclar olan yolla bağlı qurumdan AÇIQLAMA - YENİLƏNİB + VİDEO
14:44
Bakıda ağaclar yeni çəkilmiş yolun tən ortasında saxlanılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Sakinlər qeyri-adi yolun Bakının Nizami rayonunda, 8-ci kilometr qəsəbəsində, yaşayış binasının həyətində çəkildiyini qeyd ediblər.
Yolun tən ortasında saxlanılan ağaclar gediş-gəlişə mane olmaqla bərabər, onların uzun müddət sağlam qalacağı da şübhə altındadır.
Hətta videonun şərh hissəsində ağaclardan birinin artıq qurumaq təhlükəsi ilə üz-üzə olduğu bildirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil.
Aysel Aslan
Rəylər