Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Albaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB + FOTO
Albaniyanın Baş nazirinin müavini Belinda Balluku ilə görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə müzakirə aparılıb, iqtisadi əməkdaşlıq haqqında saziş imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş keçirilib.
Görüşdə Albaniya ilə əlaqələrin inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların önəmi vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi ikitərəfli münasibətlər kontekstində mühüm yer tutur. Bu baxımdan işgüzar səfərlərin, görüşlərin və müxtəlif formatlarda tədbirlərin təşkili səmərəli iqtisadi tərəfdaşlığın qurulmasında faydalıdır.
Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Albaniya ilə enerji, ticarət, investisiya, sənaye, aqrar, turizm, nəqliyyat və infrastruktur sahələrində tərəfdaşlığın gücləndirilməsi potensialı diqqətə çatdırılıb.
Tərəflər ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə müzakirə aparıblar.
Görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənədə əsasən Azərbaycan və Albaniya arasında prioritet layihələr, o cümlədən ticarət, investisiya, enerji, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, turizm, ətraf mühit, humanitar və digər istiqamətləri üzrə əməkdaşlığın təşviqi nəzərdə tutulur.
14:18
İqtisadiyyat naziri Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüşüb.
Bu barədə nazir öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə səmərəli müzakirələr aparılıb.
🇦🇿 - 🇦🇱 iqtisadi münasibətlərinin inkişafında #energetika, ticarət, #turizm, sənaye, #kəndtəsərrüfatı, nəqliyyat və infrastruktur kimi sahələr mühüm istiqamətlərdir. Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku (@BallukuBelinda) ilə… pic.twitter.com/TH62GpXTmb
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 1, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib
- İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib
- Mikayıl Cabbarov İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı