Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərilməsi səbəbindən avtomobillər üçün parkinq tarifləri müəyyən edilib.
Oxu.Az xəbər verir ki, sözügedən ərazi sərnişinlərin qarşılanması və yola salınması zonası olduğu üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsinə şərait yaradılıb.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova mətbuata açıqlamasında bildirib ki, qarşılanma və yola salınma zonasının 72 avtomobili parkinq etmək tutumu olduğu üçün ərazi ilk növbədə qatarlardan istifadə edən sərnişinlərin vağzal ərazisinə rahat daxil olmaları üçün nəzərdə tutulub:
“15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun avtomobillərini parkinq edə bilərlər.
Eyni zamanda sözügedən zonada avtomobillərin sutkalıq və ya daimi saxlanılması arzuedilən deyil, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan sərnişinlərinin rahat gediş-gəlişinə maneə yaradır”.
ADY-nin rəsmisi vurğulayıb ki, ərazidə avtomobilini uzunmüddətli park etmək istəyənlər vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən “Azparkinq” yerüstü və yeraltı dayanacaqlarının xidmətlərindən istifadə edə bilərlər.
Qeyd edək ki, ADY-nin tabeliyindəki bu parkinqdə 24 saat üçün ödəniş 30 manat olduğu təqdirdə, “Azparkinq”in yaxınlıqdakı parklanma yerlərində bu vaxt üçün ödəniş 24 manatdır.
PhotoStock.az-ın sözügedən ərazidən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: PhotoStock.az
Rəylər