Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisindəki yolda qeydə alınıb.
Qəsəbə ərazisində hərəkətdə olan VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən qarşı hərəkət zolağından gələn "Toyota" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində VAZ-2107-nin sürücüsü, 1973-cü il təvəllüdlü Taleh Mehdiyev və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Aliyə Mehdiyeva xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli