Ağdərə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı beşaylıq körpə də xəsarət alıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Ağdərə rayonu Zəylik kəndi ərazisində baş verib.
Nazim Yunis oğlu Əsgərovun idarə etdiyi "Toyota Hillux" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan arvadı Könül Əsgərova hadisə yerində ölüb, qızı Mələk İsmayılova və beşaylıq nəvəsi Uğur İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.