Şəmkir sakini yaşadığı evi yandırıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvləri ilə mübahisə edib. Daha sonra isə yaşadığı evi yandırıb. Adıçəkilən şəxs hadisə yerindən qaçıb.
Əraziyə Şəmkir Rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Edilən müdaxilə nəticəsində yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12