Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində açıq ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənərək daha böyük əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Bakı şəhərinin Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində açıq ərazidə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, alovlanma nəticəsində ətrafı qara qatı duman bürüyüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir".