Yüksək sürətlə hərəkət edən VAZ-2107 markalı avtomobil işıqforun yaşıl işığında yolu keçmək istəyən digər nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Zabrat qəsəbəsində baş verib.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, qəzanın başlıca səbəbi yüksək sürət olub. Qəzanın şahidlərindən biri "elə bil bomba partlamışdı" deyib.
Tibb mərkəzində zəruri tibbi xidmətlər göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir və vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Mirəli Yolçu oğlu Abbasovun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgər Elxan oğlu Ələsgərovun idarə etdiyi VAZ-2107 markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində ölüb.
Sərnişinlər - 2003-cü il təvəllüdlü Sevinc Şükür qızı Rəsulova və 2006-cı il təvəllüdlü Nəzrin Şükür qızı Rəsulova, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.