Bakıda yük maşını qəza törədib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində baş verib. "Ford Tranzit" markalı yük avtomaşının sürücüsü, 1991-ci il təvəllüdlü Famil Faxrət oğlu Cavadov hərəkətdə olarkən piyada, 1952-ci il təvəllüdlü Arif Qədimulla oğlu Fətəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli