Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində VAZ-2107 markalı minik avtomobilinin sürücüsü Şərifağa Əmənov ölüb. Qəzadan sonra həmin avtomobil yanıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12