Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Mirzəcamallı kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Səxavət Niyaz oğlu Babayev idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarına aşıb.
Nəticədə avtomobildə olan Beyləqan rayonunun Baharabad kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.
Qəza zamanı sürücü S.Babayev, 1977-ci il təvəllüdlü Ruhiyyə Sabir qızı Hüseynova və Məhəmməd Məmməd oğlu İsgəndərov ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.