Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir
Gəncə Reabilitasiya Mərkəzində xəstə özünə xəsarət yetirib.
Oxu.Az-ın məlumatına görə, orada müalicə alan, ruhi-əsəb xəstəliyindən əziyyət çəkən, 1987-ci il təvəllüdlü Mirkamil Vəlixanov əvvəlcə mərkəzdə başını divara vurub. Daha sonra isə özünü pilləkənlərdən atıb.
O, Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, M.Vəlixanov xəstəxananın reanimasiya şöbəsində ölüb.
Yaxınları M.Vəlixanovun döyülərək öldürüldüyünü iddia edirlər.
Faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlamışıq.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar