Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır.
"Dekabrın 29-u saat 09:00-da iki nəfər (bir qadın, bir kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Gəncə şəhərində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1978-ci il təvəllüdlü Elnurə Nadirova və 1983-cü il təvəllüdlü Vasif İsmayılov xəsarət alıblar.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Aygün Mirakif