Gəncədə bıçaqlanma hadisəsi zamanı xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 26-sı saat 19:20-da bir nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2013-cü il təvəllüdlü pasiyentə budun açıq yarası diaqnozu təyin olunub və zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Gəncədə 13 yaşlı oğlanın xəsarət almasının təfərrüatı bilinib.
Oxu.Az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 2012-ci il təvəllüdlü K.Qurbanov diz qapağından kəsici alətlə yetirilmiş xəsarətlə xəstəxanaya müraciət edib.
Polis əməkdaşları tərəfindən keçirilən araşdırmalar zamanı məlum olub ki, 17 yaşlı S.Əliyev dostu K.Qurbanov ilə zarafat edərkən əlindəki dırnaqtutan alətlə sonuncunun diz nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli